Sağlamlıq
Balıq yağı bu insanlar üçün
Sağlamlıq
125

Balıq yağı bu insanlar üçün zərərlidir

Bəzi hallarda, faydalı omeqa-3 yağ turşuları olan vitamin əlavələri sağlamlığa zərər verə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə biologiya elmləri doktoru Aleksey Moskalov xəbərdar etdi. KP.RU ilə söhbətində o, hansı hallarda balıq yağı istifadə edilməməli olduğunu izah etdi.

Bioloqun sözlərinə görə, araşdırmalar göstərib ki, profilaktika məqsədilə balıq yağı qəbul edən sağlam insanlarda atrial fibrilasiya riski artıb. "Amma artıq ürək problemləri olan xəstələrdə omeqa-3 dərmanları, əksinə, xəstəliyin pisləşməsi və ölüm ehtimalını azaldır",  -dedi.

Moskalyev tədqiqatın belə nəticələrini əlavələrdəki yağ turşularının yüksək dozası və onların tərkibi ilə izah edən alimlərin fikrinə istinad edib. Bioloq izah etdi ki, qida əlavələrində tez-tez etil efirləri şəklində omeqa-3 var, onlar daha az sorulur və "pis" xolesterolu artıra bilər. Bundan əlavə, alim iki növ omeqa-3: eikosapentaenoik və dokosaheksaenoik turşuların balansını xatırlamağa çağırıb. Sonuncu, həddindən artıq miqdarda qəbul edilərsə, birincinin faydalı təsirlərini zərərsizləşdirə bilər. Elm adamları hələ də konsensusa gəlməyiblər, ona görə də bioloq omeqa-3 əlavələri qəbul edərkən ehtiyatlı olmağı tövsiyə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun