Xəbərlər
Bakıda aptekdən dərman alan şəxsə qarşı soyğunçuluq edilib -
Xəbərlər
297

Bakıda aptekdən dərman alan şəxsə qarşı soyğunçuluq edilib - FOTO/VİDEO

Bakıda aptekdən dərman alan şəxsə qarşı soyğunçuluq edilib.

Bakının Nizami rayonunda aptekdən dərman alan şəxsin 100 manatını soyğunçuluq yolu ilə əlindən alan şəxs polislər tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisindəki apteklərdən birindən dərman alan zaman tanımadığı şəxs onun pul kisəsində olan 100 manatı soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən qaçıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Kamil Dadaşov saxlanılıb. Həmin şəxsin üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə heroin də aşkar olunaraq götürülüb. Soyğunçuluq edən şəxsin qanunsuz hərəkətləri aptekdə quraşdırılan kameralar vasitəsilə də qeydə alınıb.

Faktla bağlı 25-ci PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun