Gənc olmasına baxmayaraq Azərbaycanda kifayət qədər tanınan Uzman uroloq Elnur Allahverdiyev qardaş Türkiyədə bir-birinin ardınca uğurlar qazanmaqdadır.
E-saglam.az bildirir ki, məşhur uroloq öz sosial hesabında bildirib ki, ölkəmiz adına daha bir uğurumuz oldu: “Bir Azərbaycan gənci olaraq gördüyümüz işlərə görə qürurluyuq!” Belə ki, Elnur Allahverdiyev robot vasitəsilə əməliyyat həyata keçirərək böyrək şişini pasiyentin orqanizmindən çıxarmağa müvəffəq olub. “Robotik əməliyyatlar həm cərrah və eyni zamanda xəstə üçün çox komfortlu olmasıyla seçilir!” yazıb uzman həkim.
Qeyd edək ki, cərrahi əməliyyat E.Allahverdiyevin çalışdığı Türkiyənin Anadoliu Sağlık Mərkəzində həyata keçirilib. Türkiyəyə köçməzdən əvvəl isə Uzman uroloq Bakıdakı Mərkəzi Klinikada çalışıb.