Tibbi xəbərlər
Azərbaycanda vaksinasiya səviyyəsi dünya ortalamasını üstələyir
Tibbi xəbərlər
233

Azərbaycanda vaksinasiya səviyyəsi dünya ortalamasını üstələyir

Bu ilin 16 noyabr tarixinə Azərbaycan əhalisinin 45%-dən çoxu yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin hər iki dozasını vurdurub. Bu, dünya üzrə orta göstəricini üstələyir.

E-saglam.az xəbər verir ki, "APA-Economics"in "Our World in Data" qeyri-hökumət təşkilatına istinadən verdiyi məlumata görə, dünyada hər iki doza qəbul edən əhalinin payı noyabrın 16-na 41,1% təşkil edir. Avropa İttifaqı üzrə sözügedən orta göstərici 66,4%-ə, Asiya üzrə isə 45,4%-ə bərabərdir. Şimali Amerikada tam vaksinasiya göstəricisi əhalinin 53,5%-nə, Cənubi Amerikada isə 55,3%-nə bərabərdir. Afrika qitəsi üzrə bu göstərici çox aşağıdır və cəmi 6,6% təşkil edir.

Qeyd edək ki, hazırda dünyada ən yüksək tam vaksinasiya səviyyəsi Cəbəllütariq (118,2%), Sinqapur (noyabrın 5-nə 91,9%), Birləşmiş Ərəb Əmirlikləri (noyabrın 15-nə 88,4%) və Portuqaliyadadır (noyabrın 8-nə 87,6%).

COVID-19-a qarşı vaksinasiya prosesinin ən zəif getdiyi ölkələr sırasında isə Burundi (noyabrın 11-nə 0%), Konqo Demokratik Respublikası (noyabrın 11-nə 0,1%), Çad (noyabrın 12-nə 0,4%) və Haiti (noyabrın 9-na 0,4%) yer alıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun