Tibbi xəbərlər
Azərbaycanda məşhur həkimin adından
Tibbi xəbərlər
500

Azərbaycanda məşhur həkimin adından dələduzluq edilir - Diqqətli olun!

Bitkilərlə müalicə sahəsində tanınmış həkim Füzuli Hüseynov onun adından saxta sayt və səhifələrin yaradıldığını, foto və videolarının icazəsiz istifadə edildiyini bildirib.

E-saglam.az bildirir ki, o, xəbərdarlıq edərək izləyicilərini bu cür yalan məlumatlara inanmamağa çağırıb: “Mənim adımdan müxtəlif dərmanlar satılır, guya onları mən tövsiyə edirəm. Amma bu məlumatlar tamamilə saxtadır. Dəfələrlə reaksiya versəm də, dələduzlar dayanmır. Mənim rəsmi səhifələrimdən başqa heç bir mənbəyə etibar etməyin.”

Saxtakarlıq əsasən müxtəlif xəstəliklər, xüsusilə oynaq ağrıları, artroz və gut üçün guya təsirli gel və dərmanların reklamı ilə aparılır. Belə məlumatlar montaj olunmuş şəkil və videolarla yayımlanır.

İnsanlar bu cür saxta elanlara, linklərə və reklam olunan məhsullara inanaraq aldanmamalıdır. Rəsmi mənbələrdən gəlməyən heç bir tibbi tövsiyəyə etibar etməyin!

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun