Xəbərlər
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak
Xəbərlər
409

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub.

E-saglam.az-ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olub.

Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri-yetkinlik yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə cinayət işi açılıb.

Məlum olub ki, barəsində cinayət işi açılmış şəxs məsuliyyətdən yayınmaq üçün Türkiyəyə gedib. Ötən il isə Turanın Türkiyədən qayıtması və ailəsinin yaşadığı kənddə deyil, Babək rayonun Nehrəm kəndində tanışının fermasında fəhlə işlədiyi məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən dərhal əməliyyat həyata keçirilib və o, həbs edilib.

Barəsindəki cinayət işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilən Turan Yusifov məhkəmənin ötən həftə çıxardığı hökmlə 12 il müddətinə həbs cəzasına məhkum edilib. /Publika.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun