Tibbi xəbərlər
Aspirin infarkt və insultdan qoruyurmu?
Tibbi xəbərlər
292

Aspirin infarkt və insultdan qoruyurmu? Ekspertlərdən təəccüblü açıqlamalar

Kardiologiya üzrə mütəxəssis Dr. Ercan Türk bildirir ki, aspirin ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin sağlam insanların bu dərmandan istifadə etməzdən əvvəl diqqətli olması vacibdir.

E-saglam.az xəbər verir ki, aspirinin infarkt və iflic kimi ağır ürək-damar problemlərinə qarşı qoruyucu təsiri uzun illərdir ki, elmi araşdırmalarla təsdiqlənib. Dr. Ercan Türkün sözlərinə görə, aspirin qanın laxtalanma riskini azaldaraq, damar tıxanıqlığının qarşısını ala bilər. Bu da infarkt və insult riskinin azalması deməkdir.

Kimlər üçün faydalıdır?

Aspirin əsasən infarkt keçirmiş şəxslərə, ürək damarlarında daralma olanlara və stent yerləşdirilmiş xəstələrə tövsiyə olunur. Mütəxəssis qeyd edir ki, bu qrup üçün aspirin istifadəsi həyati əhəmiyyət daşıyır.

Sağlam insanlarda risklərə diqqət

Dr. Türk xəbərdarlıq edir ki, aspirin sağlam insanlar üçün hər zaman təhlükəsiz deyil. Xüsusilə 60 yaşdan yuxarı şəxslərdə gündəlik aspirin istifadəsi daxili qanaxma riskini artıra bilər. Buna görə də, aspirin istifadəsinə başlamazdan əvvəl həkim məsləhəti almaq vacibdir.

Ürək sağlamlığı təkcə dərmanla qorunmur

Dr. Türk əlavə edir ki, ürək sağlamlığını qorumağın əsas yolu sağlam həyat tərzindən keçir. Balanslı qidalanma, müntəzəm fiziki fəaliyyət, siqaretdən uzaq durmaq və stressin idarə olunması bu sahədə atılacaq ən vacib addımlardır.

Aspirin, düzgün istifadə edildikdə ürək sağlamlığında dəstəkçi rol oynaya bilər. Ancaq hər bir insanın vəziyyəti fərqli olduğu üçün, bu dərmandan istifadə ancaq mütəxəssis tövsiyəsi ilə həyata keçirilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun