Tibbi xəbərlər
Aspirin cinsi zəifliyi aradan qaldırır? -
Tibbi xəbərlər
582

Aspirin cinsi zəifliyi aradan qaldırır? - Viaqra kimi təsir...

Aspirin 100 il bundan əvvəl icad olunub. Hamı bilir ki, aspirinin əsas "vəzifəsi" ağrı, iltihab və qızdırma ilə mübarizə etməkdir.

Lakin vaxt keçdikcə aspirinin digər faydalı xüsusiyyətləri də üzə çıxmağa başlayıb. Belə ki, aspirinin kiçik dozalarda (100 mq) gündəlik qəbulu damarlarda trombların əmələ gəlməsinin riskini azaldır və bununla da infarkt və insultun qarşısını alır. Bu səbəbdən aspirin 50 yaşdan sonra bir çox insanlara profilaktik məqsədlərlə kardioloqlar tərəfindən təyin olunur.

E-saglam.az The Daily Mail-a istinadla xəbər verir ki, son zamanlar köhnə dərmanın yeni faydalı təsirləri aşkar olunub. Belə ki, araşdırmalar göstərib ki, aspirinin kiçik dozalarda (100 mq) qəbulu müxtəlif növ xərçəng xəstəliklərinin riskini 40% qədər (!) azaldır.

Bu yaxınlarda həmçinin aspirinin kişi sağlamlığına olan müsbət təsiri aşkar olunub. Eksperimentlər göstərib ki, aspirinin 6 həftə ərzində 100 mq dozada qəbulu kişilərdə ereksiya pozulması problemini həll etməyə kömək edir.

Eksperimentdə iştirak edən 64 kişidə ereksiya göstəriciləri 75%-dən çox qalxıb (məşhur Viaqrada bu göstəricilər 81% təşkil edir).

Bir çox hallarda ereksiya ilə problemlərin səbəbi qan dövranının pozulmasıdır. Aspirin qanı duruldur ki, nəticədə qan orqanizmdə daha yaxşı dövr edir. Beləliklə, aspirin qan dövranını yaxşılaşdırmaqla ereksiyanın da yaxşılaşmasına kömək edir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun