Ananas isti ölkələrdə böyüyən və meyvəsinə verilən addır. Bol C vitamini və manqan tərkibi ilə diqqət mərkəzindədir. Ürək xəstəlikləri və xərçəng kimi xəstəliklər riskini azaltdığı üçün ölkəmizdə çox üstünlük verilən meyvə növüdür. Ananas meyvəsi böyük, ətirli və ləzzətli olduğu üçün tez-tez istehlak olunur.
E-saglam.az Türkiyə mətbuatına istinadən ananasın faydalarını təqdim edir:
- Tənəffüs yollarında və sinus boşluqlarında yığılan bəlğəmin azalmasına kömək edir.
- Ananasdakı bromelain həzm sistemini dəstəkləyir.
- Həzm sistemini örtən və iltihaba səbəb ola biləcək hüceyrələrin qarşısını alır.
- Lifli və sulu quruluşu ilə qəbizlik və ishalın qarşısını alır.
- Ananas oksidləşdirici stresi və iltihabı azaldaraq bəzi xərçəng növlərinin inkişafının qarşısını alır.
- Saç tökülməsinin qarşısını ala bilər.
- Ananas suyu bağırsaq qurdlarını tökməyə kömək edir.
- Döş, dəri, öd yolları, ağız, qırtlaq, mədə və kolon xərçənglərində hüceyrələrin böyüməsini basdırır.
- Kolon xərçəngi xəstələrinə qoruyucu təsir göstərir.
- Lif, kalium və C vitamini ilə ürək sağlamlığı üçün faydalıdır.
- Daxili və xarici yaraların daha tez sağalmasına kömək edir.
- Soyuqdəymə üçün faydalıdır. Astma və bronxit əlamətlərini yüngülləşdirə bilər.
- Travmanın səbəb olduğu iltihabların müalicəsində istifadə olunur.
- Ürək işemik xəstəliyindən ölüm riskini 49 faiz azaldır.
- Zədələnmiş əzələ toxuması ətrafındakı iltihabı azaldır.
- Bədənin pH səviyyəsini artırır.
- Bədənin sümük və mineral sıxlığını artırır.
- Uşaqlarda viral və bakterial infeksiyalara qarşı müqavimət göstərir.
- Soyuqdəymə üçün faydalıdır.
- Ödem yığılmasının qarşısını ala bilər.
- Diş ətlərini gücləndirir.
- Kişi və qadın məhsuldarlığını artırır.
Tərcümə etdi: Könül Oruc