"Hansı laboratoriya dəqiqdir?" - deyə, soruşurlar. Həmin şəxslərə sual vermək istərdim ki, bəs siz özünüz dəqiqsiniz? Analizin cavabının düzgün çıxması üçün siz də qaydalara riayət etməlisiniz.
E-saglam.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Həkim laboratoriya nəticələrində yanlışlıq olmaması və düzgün çıxması üçün bir neçə əməl etməli olduğumuz məqamları açıqlayıb.
Əgər analizi qandan verəcəksinizsə oxuyun.
* Tam ac olmalısınız. Ən azı 12 saatlıq. Axşam yeməyi yüngül olmalıdır. Kofeinli içkilər (kola, tünd çay, enerji içkiləri, kofe və s) olmaz. Həmçinin yerkökü, balqabaq, sitrus meyvələri yemək olmaz.
Biokimyəvi analiz verəcəksizsə axşam yeməyi ümumiyyətlə məsləhət deyil.
*Analiz verməmişdən 3 gün qabaqdan yağlı qidalardan imtina etməlisiz.
*Analizdən qabaq 2 gün ərzində alkoqollu içkilər, isti vanna, sauna və fiziki yüklənmə olmaz.
* Əgər siz həm də rentgen olunmalısınızsa, "labaratoriya önündə növbədir, əvvəlcə rentgendən keçim" - deyə, düşünməməlisiniz. Qan analizi bütün müayinələrdən və terapevtik proseduralardan - masaj, iynə vurulması və s.-dən öncə olmalıdır. Həm də labaratoriya önündə növbə yoxdursa da belə siz çatan kimi qan verməməlisiniz. Ən azı 15 dəqiqə dincəlməlisiniz. Laboratoriyanın birinci mərtəbədə olması yaxşıdır ki, pasient pilləkənləri qalxmaq məcburiyyətində qalmasın.
*Analiz verdiyiniz gün dişləri yumaq, saqqız çeynəmək olmaz.
*Hormon analizi verəcəksizsə 1 ay qabaqdan bütün hormonal pereparatları dayandırmalısız - həkim icazə verirsə.
• Qalxanvari vəz hormonu analizindən qabaq 3 gün ərzində yod tərkibli pereparat, yodla zəngin qida-qoz, yodlaşdırılmış duzdan istifadə olmaz.
*Hipofiz və cinsi hormon analizi verəcəksizsə analizdən qabaq 2 gün ərzində seks (bütün türləri) olmaz. Hətta seksual qıcıqlandırıcılardan uzaq olmalısız - erotik film, instaqramda mini yubkalı şəkillərə baxmaq və s. olmaz)
Yuxarıdakılara riayət etməzsəniz ən yaxşı halda bahalı analizləri təkrar verməli olacaqsız, ən pis halda isə düzgün olmayan müalicə alacaqsız.
Könül Oruc