Faydalı
Alimlər diabetin inkişafına mane olan məhsul haqqında danışıb
Faydalı
112

Alimlər diabetin inkişafına mane olan məhsul haqqında danışıb

ABŞ-ın Boston şəhərindəki Coslina Diabet mərkəzinin endokrinoloqları, Landştul Regional Tibb Mərkəzindəki alman alimləri və Cənubi Koreyanın Seul şəhərindəki Kyoxni Universitetinin alimləri ilə birlikdə klinik araşdırma aparıblar.

Araşdırmalara əsasən, darçının qan şəkərinə nəzarəti yaxşılaşdırdığı məlum olub. Bundan əlavə, darçının 2-ci tip diabetin inkişafını yavaşlada biləcəyi məlum olub. Tədqiqatda 51 nəfər iştirak edib. İştirakçıların hamısı diabetə meyilli idi, lakin diaqnoz qoyulmayıb. 12 həftə ərzində iştirakçılara gündə üç dəfə 500 milliqram darçın kapsulu və ya plasebo verilib. "Apardığımız araşdırma, prediabetli iştirakçılarda, rasiona darçın əlavə etməklə sabit qanda, şəkər səviyyəsini qorumağa müsbət təsir etdiyini göstərdi. Bu nəticələr, darçının zamanla 2-ci tip diabet riskini azalda biləcəyini araşdırmaq üçün daha uzun daha böyük tədqiqatların aparılmasına əsas verdiyini göstərdi", - deyə məqalə müəllifi Culio Romeo bildirib./milli.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun