Tibbi xəbərlər
Ailəsində prostat xərçəngi olan kişilərə
Tibbi xəbərlər
446

Ailəsində prostat xərçəngi olan kişilərə xəbərdarlıq

Uroloq Prof. Dr. Bülent Akduman ailəsində prostat xərçəngi olan 40 yaşdan yuxarı kişilərin müayinədən keçmələrinin vacib olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, o, erkən diaqnozun həyat qurtardığını vurğulayaraq, heç bir əlamət olmasa belə mütəmadi yoxlanışın önəmli olduğunu qeyd edib.

Prostat xərçəngi 50 yaşdan yuxarı kişilər arasında ən çox rast gəlinən xərçəng növüdür və ağciyər xərçəngindən sonra ikinci ən ölümcül xərçəng hesab olunur. Diaqnoz üçün əvvəlcə PSA adlı qan testi aparılır, sonra isə prostat müayinəsi edilir. Akduman müayinənin sadə və ağrısız olduğunu, qorxmadan müraciət etməyin vacib olduğunu deyib.

Hər 6 kişidən 1-nin prostat xərçəngi riski daşıdığını bildirən mütəxəssis, gecə tez-tez sidiyə qalxma, sümük ağrıları və böyrək funksiyalarında pozulmanın mümkün əlamətlərdən olduğunu bildirib. Erkən mərhələdə diaqnoz qoyularsa, müalicə tam mümkündür.

Prof. Dr. Akduman prostat xərçəngindən qorunmaq üçün xüsusi bir pəhriz və ya dərmanların təsdiqlənmiş qoruyucu təsirinin olmadığını, əsas önlemin müntəzəm müayinə olduğunu qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun