Xəbərlər
Ağstafada hamilə qadını
Xəbərlər
391

Ağstafada hamilə qadını ilan sancıb

01.08.2024-cü il tarixində ilan sancmasından sonra vəziyyəti kəskin ağırlaşan 23 yaşlı, 7 aylıq hamilə qadın Ağstafa rayonundan TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Bu barədə E-saglam.az-a KTM-dən məlumat verilib. 

Bildirilib ki, dərhal xəstəyə zəruri ilkin tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub.

Daha sonra xəstə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və paralel olaraq  Reanimasiya və Ginekologiya şöbələrinin dəstəyi ilə pasiyentin intensiv müayinə və müalicəsi həyata keçilib. Artıq pasiyentin vəziyyəti stabilləşib və həyatı təhlükəsi geridə qalıb. 

Hazırda Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun