Xəstəliklər
Adi yara bilirdi, xərçəng çıxdı:
Xəstəliklər
453

Adi yara bilirdi, xərçəng çıxdı: 23 yaşlı qadın dilini itirdi

Böyük Britaniyada Jessica adlı 23 yaşlı qızın başına gələnlər heyrətə gətirib. Belə ki, ötən il qızın dilinin altında yaralar əmələ gəlməyə başlayıb. O, bu yaraları yorğunluq və stresslə əlaqələndirib və həkimə getməyib.

E-saglam.az bildirir ki, lakin bir neçə ay ərzində xora böyüyüb, ətrafında ağ və qırmızı ləkələr əmələ gəlib. Daha sonra ağrı şiddətlənib.

Avqust ayında aparılan biopsiya nəticəsində ona skuamöz hüceyrəli karsinoma - ağız xərçəngi diaqnozu qoyulub.

Ağız xərçənginin bu forması Böyük Britaniyada ən geniş yayılmış ikinci dəri xərçəngi növüdür. Erkən diaqnoz qoyulduqda sağ qalma ehtimalı 99 faizdir, lakin gec mərhələdə bu göstərici 50 faizə qədər enə bilər.

Jessicanın müalicəsi dilindəki xərçəngli toxumanın çıxarılması və qolundan götürülən dəri parçasının damar və arteriyalarla birlikdə dilinə köçürülməsini əhatə edib.

Əməliyyatdan sonra danışmaq onun üçün çətin olub. Əməliyyatdan sonra dil əzələlərini yenidən işlətmək üçün uzun müddət terapiya keçib:

"İnsanlar indi əvvəlki kimi danışdığımı deyirlər, amma bəzi günlərdə hələ də çətinlik çəkirəm" - deyə o qeyd edib.

Milli.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun