Tibbi xəbərlər
Xərçəng və diabet riskini azaldan
Tibbi xəbərlər
127

Xərçəng və diabet riskini azaldan sadə vərdişlər açıqlanıb

Həkim Oksana Paseçnik bildirir ki, gündəlik həyatda edilən kiçik dəyişikliklər xərçəng və diabet kimi ciddi xəstəliklərin riskini azalda bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, əsas məsələ düzgün qidalanma və sağlam həyat tərzidir.

Mütəxəssis tövsiyə edir ki, hər gün yemək rasionunda boşqabın yarısı tərəvəzlərdən ibarət olsun. Şirniyyatlar isə tədricən daha sağlam alternativlərlə əvəz edilməlidir.

Həkim xüsusilə emal olunmuş ət məhsullarının qəbulunu məhdudlaşdırmağı vacib sayır. Bundan əlavə, günəş şüalarından qorunmaq da xərçəng riskini azaltmaq üçün mühüm addımlardan biridir.

Paseçnik qeyd edir ki, fiziki aktivlik sağlamlığın əsas şərtlərindən biridir. Gündə ən azı 30 dəqiqə hərəkət etmək və lift əvəzinə pilləkənlərdən istifadə etmək tövsiyə olunur.

O həmçinin düzgün yuxu rejiminin vacibliyini vurğulayır. Nizamlı yuxu orqanizmin bərpasına və immun sisteminin güclənməsinə kömək edir.

Həkimin sözlərinə görə, bir çox xroniki xəstəliklər erkən mərhələdə əlamət vermir. Buna görə də profilaktik müayinələr və sağlam vərdişlərə əməl etmək həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun