Hacıqabul Quşçuluq Şirkəti MMC Tibb bacısı vakansiyası üzrə işə qəbul elan edir
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.
Vəzifə öhdəlikləri:
– İşçilərə ilkin tibbi yardım göstərmək;
– Fabrik daxilində sanitar-gigiyenik qaydaların icrasına nəzarət etmək;
– Tibbi ləvazimatların mövcudluğunu və istifadəyə yararlılığını mütəmadi olaraq yoxlamaq və ehtiyac yarandıqda yenilənməsini təmin etmək;
Namizədlərə tələblər:
– Tibb bacısı ixtisası üzrə peşə təhsili və müvafiq sertifikat;
– Tibb bacısı və ya ilkin tibbi yardım üzrə ən azı 1-2 il iş təcrübəsi;
– İlkin tibbi yardım üzrə geniş biliklər;
– Səbirli, diqqətli və məsuliyyətli olmaq;
– İşçilərlə ünsiyyət qurmaq bacarığı və komanda ilə işləmə bacarığı
İş rejimi:
– İş yeri : Hacıqabul rayonu
– İş rejimi – 6 günlük iş həftəsi
– Nahar şirkət tərəfindən qarşılanır;
– Bakı, Hacıqabul, Şirvan və Sabirabad rayonlarına nəqliyyat servis xidmətimiz fəaliyyət göstərir
Əmək haqqı:
– Aylıq məvacib 500-1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb bacısı” qeyd edərək [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur.
#vakansiya #işelanı #tibbivakansiyalar #tibbixeberler tibbbacısı #tibbbacısıvakansiyası