Tibbi xəbərlər
Ürək və bağırsaq sağlamlığı üçün
Tibbi xəbərlər
136

Ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən super qida

Qastroenteroloq Yevgeni Belousov ürək və bağırsaq sağlamlığı üçün ən az qiymətləndirilən super qidanın paxlalılar olduğunu açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, lobya, mərcimək, noxud və soya həm qida dəyərinə, həm də sağlamlığa təsirinə görə digər məhsullardan geri qalmır.

Belousov bildirir ki, paxlalılar bitki mənşəli zülal, mürəkkəb karbohidratlar, lif və mikroelementlərin nadir kombinasiyasına malikdir. Onların tərkibində yağ çox azdır və doymuş yağ demək olar ki, yoxdur. Buna görə də Aralıq dənizi pəhrizi də daxil olmaqla bütün sağlam qidalanma modellərində xüsusi yer tutur.

Mütəxəssis qeyd edir ki, aparılan tədqiqatlar paxlalıların müntəzəm istifadəsinin ürək-damar xəstəlikləri riskini azaltdığını göstərib. Bu qida qrupu həmçinin 2-ci tip diabet, piylənmə və bəzi xərçəng növlərinin qarşısının alınmasında mühüm rol oynayır. Bundan əlavə, paxlalılar bağırsaq mikrobiomunu gücləndirir və həzm prosesini dəstəkləyir.

Əhali arasında bu qidalardan qaz və şişkinlik qorxusu səbəbindən uzaq durmaq halına da toxunan Belousov bildirir ki, bu narahatlıq çox vaxt əsassızdır. Qaz istehsalında ola biləcək kiçik artımlar adətən müvəqqətidir və orqanizm uyğunlaşdıqca azalır.

Mütəxəssis vurğulayır ki, paxlalılar düzgün bişirildikdə və mərhələli şəkildə qidalanmaya əlavə edildikdə həm ürək, həm də bağırsaq sağlamlığı üçün ən güclü və ən əlçatan super qidalardan biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun