ABŞ Prezidenti Donald Trampın psixikasında yaşla bağlı dəyişikliklər müşahidə olunur.
E-saglam.az-ın xəbərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson bu iddia ilə "Judging Freedom" "YouTube" kanalında çıxış edib.
"Son 18 ayda Trampla tez-tez görüşən bir nəfərlə danışdım - onun kim olduğunu deməyəcəyəm. Son görüşlərdə yaşla bağlı əhəmiyyətli dəyişikliklər görünürdü", - deyə o vurğulayıb.
MKİ-nin sabiq analitikinin fikrincə, Trampın psixi sağlamlığında yolunda getməyən şeylər var.
Consonun qeyd etdiyinə görə, ictimaiyyət qarşısında çıxış tərzi Amerika liderinin koqnitiv funksiyalarının açıq şəkildə pisləşməsini nümayiş etdirir.
Oxu.az