Tibbi xəbərlər
Televizora bu qədər baxmaq
Tibbi xəbərlər
171

Televizora bu qədər baxmaq insult və demensiyaya səbəb ola bilər

Çinin Tianjin Tibb Universitetindən bir qrup gündə beş saat televizora baxmağın demensiyanın inkişaf riskini təxminən 50% artırdığını müəyyən etdi.

E-saglam.az xəbər verir ki, onların araşdırması “Journal of the American Medical Directors Association” jurnalında dərc olunub.

Mütəxəssislər Böyük Britaniyanın Biobank layihəsindən 37-73 yaş arasında olan 407 000 insanın məlumatlarını təhlil ediblər - onlardan 40 000-i beyin skan edilib. İştirakçıların heç birində tədqiqatın əvvəlində diaqnoz qoyulmuş beyin pozğunluğu yox idi.

13 illik izləmə müddətində 5227 nəfərdə demans inkişaf edib, 6822 nəfərdə insult olub, 2308 nəfərdə Parkinson xəstəliyi aşkarlanıb. İştirakçılar gündə orta hesabla 2,7 saat televizora baxıblar.

Üç-beş saat televizora baxan insanların demensiyaya tutulma riski bir saat və ya daha az seyr edənlərə nisbətən 15% daha yüksək idi. İnsult ehtimalı 44%, Parkinson xəstəliyi isə 28% artıb. Kompüterlərdən istifadə edərkən belə bir əlaqə mövcud deyildi, müəlliflər vurğulayırlar.

Alimlər bildiriblər ki, beş saatdan artıq televizora baxmaq boz maddənin həcminin azalmasına səbəb olur və bu amil beyin xəstəlikləri ilə bağlıdır.

Bununla belə, televiziya baxışının bu effekti necə yaratdığı dəqiq deyil. Bir nəzəriyyə odur ki, əzələ fəaliyyəti və enerji sərfiyyatının aşağı səviyyədə olduğu oturaq həyat tərzi xroniki iltihaba və beyinə qan axınının azalmasına səbəb olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun