Sağlamlıq
Sağlam və uzun ömür üçün
Sağlamlıq

Sağlam və uzun ömür üçün 16 məsləhət

E-saglam.az xəbər verir ki, Daxili Xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk bildirir ki, yaşlanmanın qarşısını almaq mümkün olmasa da, bu prosesi yavaşlatmaq tamamilə bizim əlimizdədir. 

Yaşlanma nə vaxt başlayır?

Yaşlanma əslində doğumla başlayır, lakin toxuma və orqanların aşınması daha çox yetkinlikdən sonra özünü göstərir. Bu proses əvvəlcə hüceyrə səviyyəsində başlayır, daha sonra isə bütün orqanizmi əhatə edir.

Genetik faktorlarla yanaşı, həyat tərzimiz də bu prosesə ciddi təsir göstərir. Dünyada orta ömür uzunluğunun artması müasir tibbin, gigiyenanın, təhsilin və sağlam həyat tərzinin nəticəsidir.

100 yaşlı Okinavalıların sirri

Yaponiyanın Okinava adasında 100 yaşdan yuxarı insanların sayı digər regionlarla müqayisədə 4 dəfə çoxdur. Bunun əsas səbəbləri isə onların az kalorili, tərəvəzlə zəngin və balanslı qidalanması, sakit və aktiv həyat tərzi, həmçinin sənaye çirkliliyindən uzaq mühitdə yaşamalarıdır.

Şəkərin təhlükəsi

Ağ şəkər, qarğıdalı siropu, ağ un məhsulları və yüksək glisemik yüklü qidalar orqanizmdə insulinin həddindən artıq ifrazına səbəb olur. Bu hormon iltihabı artırır və yağ yığılmasını stimullaşdırır. Nəticədə insulin müqaviməti yaranır ki, bu da həm metabolik, həm də hormonal tarazlığın pozulmasına və yaşlanma prosesinin sürətlənməsinə səbəb olur.

Nələrə diqqət etməli?

Yaşlanmanı sürətləndirən əsas amillər:

  • sərbəst radikallar və toksinlər

  • ətraf mühitin çirklənməsi və radiasiya

  • hormon çatışmazlığı və insulin müqaviməti

  • qeyri-sağlam qidalanma, siqaret, alkoqol

  • stress, depressiya, yuxusuzluq

  • piylənmə, yüksək xolesterin və homosistein səviyyəsi

Qidalanma əlavələrinə aldanmayın

Yanlış qidalanma, stress və digər mənfi faktorlar immun sistemini zəiflədir. Sağlam qidalanma, vitamin və antioksidant dəstəyi, nizamlı idman, keyfiyyətli yuxu və stressin idarə olunması bu prosesi yavaşlada bilər. Amma hər hansı əlavəni həkim məsləhəti olmadan qəbul etmək risklidir – ən yaxşısı qidalarla təbii dəstək almaqdır.

Sağlam və uzun ömür üçün nələrə əməl etməli?

  • Təbii və mövsümi qidaları müxtəlif şəkildə, lakin az miqdarda qəbul edin.

  • Gündə 8-10 porsiya tərəvəz və meyvə yeyin.

  • Susuzluq hiss etmədən su için, mümkün qədər təmiz su seçin.

  • Emal olunmuş və tərkibində süni maddələr olan məhsullardan uzaq durun.

  • Yeməklərdə soyuq sıxılmış zeytun yağı istifadə edin.

  • Həftədə ən az iki dəfə yağlı balıq yeyin.

  • Siqaret və spirtli içkilərdən uzaq durun, passiv siqaret çəkməyə də yol verməyin.

  • Şəkər, un və duzu məhdudlaşdırın.

  • Tam taxılları yüksək liflə birlikdə orta miqdarda istehlak edin.

  • Qatıq və kefiri gündəlik rasiondan çıxarmayın.

  • Qəhvə və çayı normada qəbul edin.

  • Hər gün bir ovuc çiy qoz-fındıq yeyin.

  • Gün ərzində hərəkətli olun, əzələ məşqləri edin.

  • Gündə 7-8 saat keyfiyyətli yuxu alın.

  • Stressi idarə etməyi öyrənin və neqativ insanlardan uzaq durun.

  • Rutin sağlamlıq yoxlamalarını laqeyd yanaşmayın.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun