Peyvənd olunanların sayı açıqlanıb
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 1 909 nəfər vaksinasiya olunub.

E-saglam.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 182 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 243-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 158 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 739 858, birinci doza peyvəndlərin ümumi sayı 5 350 230, ikinci doza vaksinlərin sayı 4 850 522 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 291 960, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 247 146 olub.