Zərif əlamətlər ürək xəstəliyini göstərə bilər.
Mütəxəssis ilk əlaməti sinə nahiyəsində deyil, çənə, boyun, kürək və ya qarnın yuxarı hissəsində baş verə bilən atipik, sıxıcı ağrı kimi müəyyən edib. Bu ağrının fiziki güclənmə zamanı baş verməsi və nəfəs darlığı və ya ürəkbulanma ilə müşayiət olunması xüsusilə narahatdır - bu, işemiya əlaməti ola bilər.
İkinci daha az aşkar əlamət gecə xoruldamasıdır. Bonadykova izah etdiyi kimi, yuxu zamanı tənəffüsün pozulması oksigen çatışmazlığına, iltihaba və damar stressinə gətirib çıxarır ki, bu da infarkt və insult riskini artırır.
Üçüncü əlamət kişilərə aiddir: erektil disfunksiya damar xəstəliklərinin erkən göstəricisi ola bilər. Penisdəki kiçik damarlar aterosklerozla iri koronar arteriyalardan daha tez zədələnir. Erektil disfunksiya ürək-damar xəstəliklərinin xarakterik simptomlarından bir neçə il əvvəl görünə bilər.
Tərcümə: Könül Oruc