Tibbi xəbərlər
Qadın beyin əməliyyatı zamanı
Tibbi xəbərlər
16

Qadın beyin əməliyyatı zamanı klarnet çaldı

İngiltərədə Parkinson xəstəsi 65 yaşlı qadın beyin əməliyyatı zamanı klarnet çalaraq həkimlərə müalicənin real vaxtda təsirini müşahidə etməyə imkan yaradıb.

E-saglam.az xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, Londondakı “King’s College” Xəstəxanasında aparılan əməliyyat zamanı Denise Beykon ümumi narkozsuz, dörd saatlıq müdaxilə ərzində oyaq vəziyyətdə qalıb.

Onun beyninə yerləşdirilən elektrodlar vasitəsilə “dərin beyin stimulyasiyası” (DBS) adlı müalicə üsulu tətbiq edilib. Bu metod elektrik siqnalları ilə əzələ hərəkətlərini idarə edən beyin fəaliyyətini tənzimləyir.

Əməliyyatı həyata keçirən neyrocərrah professor Keyoumars Ashkan bildirib ki, elektrodlar sol beyinə yerləşdirildikdə xəstənin sağ əlindəki hərəkətlər dərhal bərpa olunub. Parkinson xəstəliyi səbəbilə beş il əvvəl musiqi fəaliyyətini dayandırmalı olan Beykon əməliyyatdan sonra sevincini belə ifadə edib:

“Klarnet çalmaq yenidən mümkün oldu, bu məni inanılmaz xoşbəxt etdi”. 

Onun beyninə qoşulmuş 20 ilədək dəyişmədən işləyə bilən batareyalı cihaz beyin fəaliyyətini izləyərək elektrik siqnallarını avtomatik tənzimləyir. Beykon artıq yenidən gəzə, üzə və rəqs edə bildiyini deyib.

©Unikal

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun