Qidalanma
Bu qidalar
Qidalanma
65

Bu qidalar beyinə zərərlidir

Endokrinoloq və tibb elmləri doktoru Zuxra Pavlova bildirib ki, çox miqdarda şirniyyat və yağlı qidalar beyin fəaliyyətinə mənfi təsir göstərir, adi su isə əksinə, müsbət təsirə malikdir.

E-saglam.az xəbər verir ki, spirt, hətta yüksək keyfiyyətli olsa belə, beyinə mənfi təsir göstərir. Quru qırmızı və ağ şərabların periferiyada iltihabəleyhinə təsiri var, lakin beyin üçün bu, hər zaman iltihablı reaksiyaya

səbəb olur. Eyni zamanda, artıq şəkər və yağ da beyinə mənfi təsir göstərir. 

Həkimin sözlərinə görə, nitratlarla zəngin və ya hisə verilmiş, uzun müddət saxlanılan məhsullar da beyin fəaliyyətinə zərərli təsir göstərir.

Bunun əvəzində buxarda bişirilmiş, sobada hazırlanmış və ya qaynadılmış yeməklər beyin üçün faydalıdır. Pavlova qeyd edib ki, beyinin sağlam fəaliyyəti üçün tərəvəzlər, meyvələr, taxıllar, qoz-fındıq, giləmeyvələr və qırmızı ət mütləq rasionda olmalıdır, lakin bunlar düzgün bişirilməli və həddindən artıq istehlak edilməməlidir.

O, həmçinin təmiz və keyfiyyətli suyun beyin funksiyaları üçün vacibliyini vurğulayıb:

“Su — beyinin ən yaxşı dostudur. Çay və qəhvə də faydalı ola bilər, lakin yalnız keyfiyyətli və məhdud miqdarda".

Araşdırmalar da həkimin fikirlərini təsdiqləyir.

Şimali Karolina Universitetinin Tibb Fakültəsinin alimləri müəyyən ediblər ki, fast food qidalarının müntəzəm istehlakı cəmi bir neçə gün ərzində beynin fəaliyyətinə mənfi təsir göstərir.

Məlum olub ki, yağlı yeməklər, yaddaşdan məsul hipokampus bölgəsində yerləşən CCK-interneyron adlı hüceyrələrin fəaliyyətini pozur. Qlükoza qəbulunun pozulması nəticəsində bu hüceyrələr həddindən artıq aktivləşir və bu da cəmi dörd gün sonra yaddaş pozğunluqlarına gətirib çıxarır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun