Xəstəliklər
Elmi araşdırma: Tək bir əlamət infarkt riskini illər əvvəl
Xəstəliklər
110

Elmi araşdırma: Tək bir əlamət infarkt riskini illər əvvəl göstərə bilir

İki qitədən milyonlarla insanın sağlamlıq məlumatlarını təhlil edən alimlər diqqətçəkən nəticələr əldə ediblər.

E-saglam.az xəbər verir ki, ABŞ və Cənubi Koreyada fəaliyyət göstərən tədqiqatçılar milyonlarla insanın iştirak etdiyi genişmiqyaslı araşdırmanın nəticələrini ictimaiyyətlə bölüşüblər. Araşdırma göstərib ki, ürək tutması, insult və beyin qanaması kimi ciddi problemlər illər öncədən bəzi əlamətlərlə xəbərdarlıq edir.

Mütəxəssislər bildiriblər ki, ürək-damar xəstəlikləri yaranmazdan əvvəl xəstələrin 99 faizində ən az bir əsas risk faktoru müşahidə olunur və bu faktorlar arasında ən başlıcası yüksək təzyiq (hipertoniya) hesab edilir.

Hesabatda qeyd olunur ki, hipertoniya hər 10 nəfərdən 9-unu təsir edir, lakin çox vaxt bu simptomlar ya nəzərə alınmır, ya da ciddi qəbul edilmir.

Araşdırma Çikaqodakı Northwestern UniversitetiSeuldakı Yonsei Universiteti alimləri tərəfindən aparılıb. Onlar Cənubi Koreyadan 9,3 milyon yetkin və ABŞ-dan 7 min nəfərin 20 illik sağlamlıq məlumatlarını araşdırıblar.

Alimlər bu insanların qan təzyiqi, xolesterin, qlükoza səviyyəsisiqaret çəkmə vərdişlərini təhlil edərək müəyyən ediblər ki, infarkt və ya beyin qanaması keçirmiş şəxslərdə bu problemlərin çoxu illər əvvəl özünü göstərməyə başlayır.

Nəticələrə əsasən, gələcəkdə ürək-damar xəstəliyi keçirən şəxslərin 99 faizində ən az bir, 93 faizində isə iki və ya daha çox risk faktoru mövcud olub.

Yüksək təzyiqlə yanaşı, şəkərli diabet, yüksək xolesterinsiqaret istifadəsi də bu xəstəlikləri artıran əsas səbəblər kimi göstərilib.

Northwestern Universitetinin professoru Filip Qrinlend bildirib:

“Bu nəticələr göstərir ki, ürək-damar xəstəliklərindən əvvəl demək olar ki, həmişə bir və ya daha çox risk faktoru olur. Məqsədimiz bu faktorları vaxtında aşkar edib nəzarət altında saxlamaqdır”.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun