Sağlamlıq
Beyin şişi nədir və ondan
Sağlamlıq
106

Beyin şişi nədir və ondan necə qurtulmaq olar?

Həyatın gərgin dövrlərində və stres səviyyəsi yüksəldikdə, bəzən niyə bir otağa girdiyimizi unudur, fikrimizi toplamaqda və sadə tapşırıqlara diqqət etməkdə çətinlik çəkirik. Bu hal çox vaxt “beyin şişi” adlandırılır.

E-saglam.az xəbər verir ki, beyin şişi tibbi diaqnoz sayılmasa da, yaddaş zəifləməsi, diqqət dağınıqlığı və zehni yorğunluq kimi simptomlarla müşahidə olunur. Ən çox menopauza və ya perimenopauza dövründə rast gəlinir, lakin zehni yüklənmə, yuxu çatışmazlığı və stress də əsas səbəblər arasındadır.

Beyin şişini aradan qaldırmağın yolları:

BBC-nin Morning Live proqramında danışan həkim Dr. Tharaka beyin şişinin öhdəsindən gəlmək üçün bir neçə sadə, lakin effektiv üsul təklif edib:

1. Özünüzə qarşı mehriban olun:

Beyin şişi çox insanda müşahidə olunur və bu, uğursuzluq əlaməti deyil. Əksinə, beyninizin yorulduğunun və istirahətə ehtiyacı olduğunun göstəricisidir. Özünüzə bu vəziyyətin adətən müvəqqəti olduğunu xatırladın, lazım gəldikdə yavaşlayın və yardım istəməkdən çəkinməyin. Əgər narahatsınızsa, ailə həkiminizə müraciət edin.

2. Gündəlik rutin yaradın:

Gününüzü planlaşdırmaq qərar vermə yorğunluğunu azaldır. Səhər və axşam üçün sabit vərdişlər formalaşdırmaq — məsələn, geyiminizi axşamdan hazırlamaq və ya səhər yeməyini əvvəlcədən planlamaq — beyninizi daimi “indi nə etməliyəm?” sualından azad edir.

3. Mütəmadi fasilə verin:

Gün ərzində davamlı iş, görüş və sosial fəaliyyətlər arasında fasilə verməmək beyin şişini artırır. Hər bir fəaliyyət arasında 5–10 dəqiqəlik qısa istirahət, gəzinti və ya sadəcə sakit oturmaq beynin yenidən fokuslanmasına kömək edir.

4. Təqvim və xatırlatmalardan istifadə edin:

Hər bir tapşırığı yadda saxlamağa çalışmaq beyninizi yükləyir. Xatırlatma proqramları, təqvim və planlaşdırıcılar vasitəsilə zehni yükü azalda bilərsiniz. Məsələn, gündəlik nahar fasiləsini və ya həftəlik ödənişləri avtomatik xatırladın.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun