Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün düzgün qidalanma böyük rol oynayır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi təbii qidalar ürək üçün əsl qoruyucu təsir göstərir.
1. Balıq (xüsusilə somon və skumbriya):
Omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr damarları qoruyur, xolesterolu azaldır və ürək ritmini tənzimləyir.
2. Zeytun yağı:
Tərkibindəki sağlam yağlar damar elastikliyini artırır və pis xolesterolun səviyyəsini aşağı salır.
3. Qoz və badam:
E vitamini və omeqa-3 yağ turşuları sayəsində ürək əzələsini gücləndirir, infarkt riskini azaldır.
4. Yulaf və tam taxıllar:
Liflə zəngin olduğu üçün qan damarlarında xolesterolun yığılmasının qarşısını alır.
5. Meyvə və tərəvəzlər:
Xüsusilə ispanaq, brokkoli, avokado, nar və giləmeyvələr antioksidantlarla zəngindir, ürəyin fəaliyyətini dəstəkləyir.
6. Tünd şokolad (70% və yuxarı):
Miqdarı çox olmamaq şərtilə, qan dövranını yaxşılaşdırır və damar gərginliyini azaldır.
Qeyd edək ki, ürək sağlamlığını qorumaq üçün duz və şəkər qəbulunu azaltmaq, tərkibində trans yağ olan qidalardan uzaq durmaq, bol su içmək və fiziki aktivliyi artırmaq vacibdir.
Nəzrin Abbas