Sağlamlıq
Görmənin pisləşməsi ürək xəstəliyinin
Sağlamlıq
223

Görmənin pisləşməsi ürək xəstəliyinin xəbərçisi ola bilər

Kardioloq Aleksandra Luzina bildirib ki, bəzi hallarda ürək xəstəliklərini erkən mərhələdə aşkarlamaq üçün sadə əlamətlərə diqqət yetirmək kifayətdir. Onun sözlərinə görə, görmənin qəfil və ya tədricən pisləşməsi ürək-damar sistemi ilə bağlı problemlərin xəbərçisi ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə həkim KP.RU-ya müsahibəsində danışıb.

Mütəxəssis vurğulayıb ki, görmədə dəyişikliklər ürək fəaliyyətinin zəifləməsi və qan dövranı pozğunluqları ilə əlaqəli ola bilər. Belə simptomlar müşahidə edildikdə ürək müayinəsindən keçmək vacibdir.

Luzina həmçinin xəbərdarlıq əlamətləri kimi aşağıdakı simptomları sadalayıb:

  • davamlı baş ağrıları,
  • nəfəs darlığı,
  • fiziki fəaliyyət zamanı sinə ağrısı,
  • ayaqlarda şişkinlik,
  • huş itirmə halları.

Kardioloq əlavə edib ki, ürək xəstəliklərinin inkişafına cins, yaş, xroniki xəstəliklər, irsi meyllilik və digər risk faktorları təsir göstərir. Onun sözlərinə görə, bəzi hallarda taxikardiya müşahidə olunsa da, bu, mütləq ürək patologiyasından xəbər vermir. Buna görə də dəqiq diaqnoz üçün tibbi testlərdən keçmək vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun