Faydalı
Kofein istehlakı Alzheimer riskini azaldır? -
Faydalı

Kofein istehlakı Alzheimer riskini azaldır? - Yeni araşdırma nələri üzə çıxardı?

Fransada bir qrup 2010-2015-ci illər arasında yüngül koqnitiv pozğunluq və ya Alzheimer diaqnozu qoyulmuş xəstələr haqqında məlumatları araşdırdı.

E-saglam.az xəbər verir ki, yaşı 70-dən yuxarı olan 263 iştirakçının kliniki qiymətləndirilməsi aparılıb və onların qəhvə, şokolad, çay və qazlı içkilər kimi kofein tərkibli qidaların gündəlik istehlakı araşdırılıb. Könüllülər MRT müayinəsindən keçib, qan və onurğa beyni mayesi (CSF) nümunələri təqdim ediblər.

Gündə orta hesabla 200 milliqramdan bir qədər çox kofein qəbul edənlər “aşağı” kofein qrupuna, daha çox kofein qəbul edənlər isə “yüksək” kofein qrupuna daxil edilib. Məlumatlar göstərdi ki, daha az kofein istehlakı yaddaş problemləri ilə bağlı yüngül koqnitiv geriləmə riskini artırır. Aşağı kofeinli qrupda olanlarda Alzheimer və ya yüngül idrak pozğunluğu diaqnozu qoyulma riski təxminən 2,5 dəfə idi.

CSF-də zülal analizləri, aşağı kofein istehlakçılarında müəyyən növ beta-amiloid zülallarında əhəmiyyətli fərqlər tapdı. Aşağı kofein istehlak edənlərin beyində Alzheimer simptomları ilə əlaqəli olan beta-amiloid zülallarının daha çox yığılması müşahidə edilmişdir.

"Alzheimer's & Dementia" jurnalında dərc olunan araşdırmaya görə, kofeinin nə vaxt və necə istehlak edildiyinə diqqət yetirmək lazımdır. Məsələn, günün gec saatlarında qəhvə içmək yuxuya təsir edir, bu da uzunmüddətli nevroloji fəaliyyətə təsir göstərə bilər. Şokolad və enerji içkilərinin həddindən artıq istehlakı əlavə şəkər yükü yaradır ki, bu da koqnitiv sağlamlığı risk altına alır.

Tərcümə: Könül Oruc 

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun