Xəstəliklər
Hər gün 10 min addım yerimək lazımdırmı?
Xəstəliklər

Hər gün 10 min addım yerimək lazımdırmı?

Hər gün 10 min addım yeriməyin faydalı olması barədə demək olar ki, əksər insanlar eşidib

Belə bir fikir var ki, addım sayı məsələsi "Manpo-Kei" cihazının reklam kampaniyası çərçivəsində icad edilib. Cihazın yapon dilindən tərcüməsi "10 min addımı ölçən" deməkdir. Bu fikr, 1960-cı illərdə Yaponiyada təbliğ olunmağa başladı və bu gün də mövcuddur. Qeyd edək ki, addımların sayı heçdən yaranmayıb. Bu hesablamanı Yaponiya həkimi Yosira Xatano aparıb.

E-saglam.az deyerler.org-a istinadən bildirir ki, həkimin hesablamalarına görə, yaponlar orta hesabla gündə 4000 addım ataraq, təqribən 300-400 kilokalori yandırır. Onun fikrincə, gündəlik fiziki yük artırılaraq addımların sayı 10 minə çatsa, təxminən 500 kalori sərf olunacaq. Əlbəttə burada məntiq var, amma müasir araşdırmalar on min addımın faydasını sübut etmir. Bəli, həkimlər yekdilliklə oturaq həyat tərzinin təhlükəli olduğunu söyləyirlər, ancaq gündə ən azı beş min addım atılsa, minimum fiziki fəaliyyət baryerinin keçildiyi hesab edilə bilər.

Bundan əlavə, digər bir araşdırmada, beş min addım piyada gedənlərdə artıq çəki və yüksək qan təzyiqi riskinin xeyli az olduğu aşkar edilmişdir. Digər tədqiqatlar, gündə beş və on min addım atanların sağlamlığında çox fərq olmadığını göstərib. Əsas odur ki, insan oturaq həyat tərzi sürməsin və bu anlamda hər kəsin öz fiziki yüklənmə həddi var.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun