Kardioloq Anastasiya Kochergina bir uşaqda ürək problemlərini vaxtında necə aşkar edəcəyini söylədi.
E-saglam.az xəbər verir ki, o, "aif.ru" ilə söhbətində sentyabrın 1-də toplantı zamanı iki rusiyalı məktəblinin ölümünü şərh edərkən bunun yollarını açıqlayıb.
Həkimin sözlərinə görə, uşaqda heç bir sağlamlıq problemi aşkarlanmasa belə, bütün müntəzəm müayinələrdən (xüsusən də istirahətdə EKQ) keçmək lazımdır. Uşaqların psixoloji durumunu izləmək, onların həddindən artıq əsəb gərginliyi yaşamamasını təmin etmək də vacibdir.
Koçergina həmçinin uşaqların enerji içkiləri və siqaret çəkməmələrinə nəzarət etməyə çağırıb. Kardioloq aydınlaşdırıb ki, tərkibindəki zərərli maddələr ürək ritminin pozulmasına səbəb olur.
Tərcümə: Könül Oruc