Xəstəliklər
Göz yaşları həyatınızı xilas edə bilər – Alimlərdən yenilik
Xəstəliklər

Göz yaşları həyatınızı xilas edə bilər – Alimlərdən yenilik

Təsəvvür edin ki, şad və kədərli günlərdə gözlərinizdən axan yaşlar tibdə sizin xilasınız və ölümcül xəstəliklərin erkən diaqnostikasında istifadə ediləcək.

E-saglam.az medicina.az-a istinadən xəbər verir ki, alimlər insanın göz yaşını müayinə etməklə xərçəngdən tutmuş demensiyaya qədər xəstəlikləri daha tez aşkarlaya biləcək. Bu unikal metodun üzərində iş gedir.

Yaponiyada Kobe Universitetinin alimləri süd vəzi xərçənginin tez tapılması üçün göz yaşı diaqnostikası metodunu hazırlayır.

İnsanın göz yaşı xüsusi kağız üzərinə damcıladılır, sonra skanerə yüklənir. Orda ekzosom adlı hissəcik təhlil edilir. Ekzosom genlər və zülallar arasında vasitəçi rolunu oynayır. Əgər bu kuryer hissəciklərdən xərçəng hüceyrələri istifadə edirsə, orda mutasiya olunmuş zülal və genlər aşkarlanır.

Araşdırmanın müsbət effekt verdiyi bildirilir.

Bu baş tutarsa, qan, biopsiya və s kimi iynəli müayinələr tarixə qovuşacaq.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun