SM-Clinic terapevti Qalina Kreliçin sözlərinə görə, bəzi ümumi qidalar, həddindən artıq istifadə edildikdə, yaddaşa və diqqətə mənfi təsir göstərə və demensiya riskini artıra bilər.
E-saglam.az xəbər verir ki, o, beyin sağlamlığını gizlicə pozan dörd qida kateqoriyasını paylaşıb.
Həkim koqnitiv funksiyaya zərərli qidaların birinci kateqoriyası kimi kolbasa, hot-doq, bekon və vetçina da daxil olmaqla emal olunmuş ətləri müəyyən etdi. Həkim izah etdi ki, onların tərkibində yüksək miqdarda duz, qoruyucu maddələr və beyinə qan axınını poza və toxumalarında iltihaba səbəb ola biləcək maddələr var.
Kreliç həmçinin fast food-u beyinə zərər verən qidalar siyahısına daxil edib.
"Burgerlər, kartof qızartması və nagetslər doymuş yağ və duzla zəngindir və qidalandırıcı faydaları minimaldır. Bundan əlavə, onlar çox kalorilidir, ona görə də bu cür qidaların müntəzəm istehlakı artıq çəkiyə, yüksək təzyiqə və damar problemlərinə səbəb olur ki, bu da demensiya riskini əhəmiyyətli dərəcədə artırır", - deyə mütəxəssis xəbərdarlıq edib.
O əlavə etdi ki, qanda qlükoza səviyyəsini kəskin şəkildə artıran şəkərli içkilər və desertlər beyin sağlamlığına zərərlidir. Bundan əlavə, pəhrizdəki artıq şəkər zamanla maddələr mübadiləsini poza və diabet və demensiya riskini artıra bilər. Eyni səbəbdən Kreliç ağ çörək, bişmiş məhsullar və yumşaq undan hazırlanmış makaron istehlakını məhdudlaşdırmağı tövsiyə etdi.
Tərcümə: Könül Oruc