Qidalanma
Donald Tramp zərərli qidalar
Qidalanma
130

Donald Tramp zərərli qidalar yeyir?

ABŞ Səhiyyə Naziri Robert F. Kennedi podkast proqramında ABŞ Prezidenti Donald Trampın yemək vərdişləri ilə bağlı maraqlı açıqlamalar verib.

E-saglam.az-ın məlumatına görə, o bildirib ki, Trampın qidalanması gündəlik həyatında və səyahətlər zamanı fərqlənir.

Kennedi çıxışı zamanı deyib ki, Tramp normal günlərdə daha sağlam qidalara üstünlük verir. Lakin səfərlər zamanı tez-tez fəstfud məhsullarına və şəkərli-şirin qidalara müraciət edir. Onun sözlərinə görə, Trampın ətrafında olanlar bəzən “bütün günü özünü zəhərləyir” kimi zarafatla yanaşırlar.

Nazir qeyd edib ki, Tramp səyahət edərkən daha çox etibar etdiyi şəbəkə restoranlarını seçir və McDonald’s-da yeməyə üstünlük verir. “O, McDonald’s, konfet və pəhriz kola kimi sağlamlıq üçün zərərli hesab edilən qidalardan tez-tez istifadə edir. Daim şəkərsiz kola içir”, – deyə Kennedi bildirib.

Bununla yanaşı, Kennedi Trampın fiziki vəziyyətinin çox yaxşı olduğunu vurğulayıb. O, Dr. Mehmet Oz-un Trampın tibbi göstəricilərini qiymətləndirdiyini və 70 yaşdan yuxarı şəxslər arasında nadir hallarda rast gəlinən yüksək testosteron səviyyəsinə sahib olduğunu qeyd edib.

Qeyd edək ki, bu il 80 yaşı tamam olacaq Donald Tramp 2024-cü ildə vəzifəyə başladıqda ABŞ tarixində andiçmə mərasimində iştirak edən ən yaşlı prezident kimi tarixə düşüb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun