Toyuq əti kalsium, dəmir və zülalla zəngindir, həmin zülallar bədən hüceyrələrinin yenilənməsini təmin edir, qanda xolesterin səviyyəsi yüksək olanlar və piylənmədən əziyyət çəkənlər üçün əvəzolunmazdır.
Mövzu ilə bağlı E-saglam.az-a danışan qida eksperti Fərid Səfərovun sözlərinə görə, təbii ki, əgər söhbət təbii şəraitdə, təbii qidalarla yemlənərək, təbiətdə sərbəst şəkildə böyüdülmüş toyuqdan gedirsə. Təbiətin qanununa görə yeni yumurtadan çıxmış cücənin ətə-cana gəlməsi, kəsilməsi üçün ən azı 6 ay gözləmək lazımdır. Ancaq təəssüf ki, hazırda bütün dünyada insanların qida rasionundakı ən əsas qidalardan biri də broyler toyuqlarıdır, yəni genetik modifikasiya (GMO) olunmuş qida növü.
Kənd toyuqlarından fərqli olaraq broyler toyuqlarını yetişdirmək üçün yemlərinə antibiotik və hormonal preparatlar qatılır, nəticədə cəmi 5-6 həftəyə toyuqlar artıq ətlənir, bu dərmanlar eyni zamanda müxtəlif xəstəliklərin qarşısını almaq üçün istifadə olunur.
Beləliklə, insanlarda:
- kökəlmə.
- onurğa sütununun yırtığı.
- şəkərli diabet.
- mədə-bağırsaq problemləri.
- sümük boşluğu.
- qadın və kişi xəstəlikləri.
- xərçəng, bəzi elmi araşdırmalara görə xərçəng xəstəliyinin yaranmasının əsas səbəblərindən biri də broyler toyuqları imiş.
- uşaqların sümük-əzələ sisteminin inkişafına pis təsir edir.
- immun sistemi zəifləyir.
Sağlamlığımızı, ailəmizi və gələcək nəsilləri qorumaq üçün imkan daxilində kənd toyuğundan, yumurtasından istifadə etməyə çalışın, məcbur olmadıqca broyler toyuğundan uzaq durun və ya çox az istifadə edin. İstifadə etdiyiniz aralıq nə qədər çox olarsa, bu toyuqların xərçəng törətmə riski azalır.