Yandex watch
Ana bətninə düşdüyünüz tarixin sağlamlığınıza təsiri varmış -

Yeni bir araşdırma insanların metabolik xüsusiyyətlərinin doğulduqları aydan çox, hamiləlik dövrünün mövsümü ilə əlaqəli ola biləcəyini ortaya qoyub.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Yaponiyada aparılan və bu sahədə ən genişmiqyaslı tədqiqatlardan biri hesab edilən araşdırma, soyuq aylarda mayalanan fərdlərdə daha sağlam yağ toxuması quruluşunun formalaşdığını göstərir.

Tokio Universitetindən professor Takeşi Yoneşironun rəhbərlik etdiyi qrup 356 sağlam gənci tədqiq edərək onların qəhvəyi yağ toxumasının (BAT) aktivliyini ölçüb. Qəhvəyi yağ toxuması enerji sərfiyyatını artırır, bədən temperaturunu tənzimləyir və qan şəkərini sabit saxlamağa kömək edir.

Nəticələr göstərdi ki, yanvar-aprel və oktyabr-dekabr ayları arasında mayalanmış şəxslərdə BAT aktivliyi daha yüksəkdir. Bu insanlar həmçinin daha aşağı bədən kütlə indeksi və orqanlar ətrafında daha az yağ toplanması ilə seçilirlər. Beləliklə, onların metabolik sağlamlıq profili daha üstün olur.

Tədqiqat iştirakçıları 19°C temperaturda iki saat saxlanılaraq BAT aktivliyi qiymətləndirilib. Araşdırmanın diqqətçəkən nəticələrindən biri də metabolik üstünlüklərin doğum ayından çox, məhz mayalanma dövrünün iqlim şəraiti ilə bağlı olmasıdır. Bu da prenatal dövrdə ətraf mühit faktorlarının – xüsusilə də soyuq hava şəraitinin – genetik və epigenetik təsirlərinə işarə edir.

“Sağlamlığın və Xəstəliyin Qabaqcadan Münasibətlərinin Mənşəyi” kimi yeni tədqiqat istiqamətlərini dəstəkləyən bu nəticələr, valideynlərin sağlamlığı və ətraf mühitə məruz qalmasının yalnız hamiləlik zamanı deyil, hətta mayalanma anında belə gələcək nəsillərin sağlamlığına təsir etdiyini göstərir.

Tədqiqatı müstəqil qiymətləndirən epigenetik mütəxəssis Raffaele Teperino qeyd edib ki, bu cür tapıntılar gələcəkdə metabolik risklərin daha erkən mərhələdə proqnozlaşdırılması və qarşısının alınması üçün mühüm rol oynaya bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az