Alimlər yeni bir araşdırma ilə donuzun beynini öldükdən təxminən bir saat sonra canlandıra biliblər. Mütəxəssislər eyni texnikanın insanlarda da istifadə oluna biləcəyini təklif edirlər. Texnika beyni canlı saxlayan süni həyat dəstəyi sisteminə sağlam qaraciyəri daxil etməklə işləyir.
E-saglam.az xəbər verir ki, çinli tədqiqatçılar donuzun beynini bədənindən çıxardıqdan bir saat sonra onu canlandıra biliblər.
Qeyri-adi yeni üsuldan istifadə edərək, Guangdong Əyalətinin Elm və Texnologiya üzrə Beynəlxalq Əməkdaşlıq Bazasının alimləri ölü donuzun beynində "şüurlu fəaliyyəti təmsil etdiyi düşünülən" beyin dalğalarını bərpa etməyə nail olublar.
Sizə sağlam qaraciyər lazımdır
Texnika beyni canlı saxlayan süni həyat dəstəyi sisteminə sağlam qaraciyəri daxil etməklə işləyir.
Tədqiqatçılar bu texnikanın indiyə qədər yalnız donuzlarda istifadə edildiyini, lakin yaxın gələcəkdə insanlarda da istifadə oluna biləcəyini deyirlər.
Tədqiqatçıların fikrincə, infarkt keçirən xəstələr, onları genə uyğunlaşdırılmış donuz qaraciyərlərinə birləşdirərək canlandırıla bilər.
Bədən infarkt keçirdikdə və ürəyin döyünməsi dayandıqda baş verə biləcək ən zərərli şeylərdən biri də orqanların oksigen və enerjidən məhrum olmasıdır.
Qan dövranı olmadan mühüm toxumaları təşkil edən hüceyrələr qısa müddətdə ölməyə başlayır.
İşemiya adlanan bu proses bir neçə dəqiqə ərzində beynə düzəlməz ziyan vuraraq, ömürlük sağlamlıq problemlərinə və ya ölümə səbəb ola bilər.
Lakin tədqiqatçılar xəstəxanalarda infarkt keçirən xəstələrlə bağlı məlumatları araşdırdıqda, təəccüblü bir nümunə gördülər.
Qaraciyər işemiyası keçirən xəstələrdə nevroloji ziyan daha pis olub, reanimasiyada daha uzun müddət qalıb və ölüm nisbəti daha yüksək olub.
Digər tərəfdən, qaraciyərləri sağlam qalanlar daha uzun yaşamağa və sağlamlıqları daha yaxşı nəticələrə sahib olmağa meyllidirlər.
Həyata dönüş müddəti uzadıla bilər
Bundan, tədqiqatçılar qaraciyərin funksiyası ilə beynin ürəyin dayanmasına reaksiyası arasında əlaqə ola biləcəyini fərz etdilər.
Tədqiqatçılar bunu daha da irəli apararaq, beyinlərin işə salınmazdan əvvəl həyat dəstəyində qalma müddətini uzadıblar.
Ən uzun intervalın 50 dəqiqə olduğu müəyyən edilib.
Müvafiq olaraq, sağlam qaraciyəri həyatı dəstəkləmə prosesinə daxil etməklə, həkimlər xəstələrin reanimasiya oluna biləcəyi müddəti uzada bilərlər.
Tərcümə: Könül Oruc
E-saglam.az