Hansı səbəbdən baş verdiyi bilinməyən və ağız boşluğunda hiss edilən yanma, Acı Ağız Sindromu olaraq bilinir.
E-saglam.az xəbər verir ki, birinci səbəb keyfiyyətsiz, vaxtı keçmiş, konservativli, qeyri-sağlam qidaların qəbul olunmasıdır. Bu zaman qaraciyərdə turşulaşma gedir, öd, öd yolları, axarları yaxşı çalışmır. Acılıq gecə yatanda və səhərlər də hiss olunursa, deməli, bu orqanların işi ciddi mənada pozulub.
- Mədə-bağırsaq səbəbləri. Əgər gün ərzində qidalanmadan fərqli olmayaraq, ağızda, boğaz içində acılıq varsa, o zaman mədə, on iki barmaq bağırsaq, bağırsaqların patoloji prosesindən şübhələnmək olar.
- Uzun müddət acılıq hissi yaşlı insanlarda dad reseptorlarının təbii olaraq yaşla bağlı dəyişməsi, zəifləməsi ilə əlaqədar ola bilər.
- Ağızda infeksiya, iltihab olduqda da daimi acılıq hiss olunur.
- Ağızda acılıq hissi ən pis halda həzm orqanları, qida borusu və qırtlağın onkoloji şişlərinə də siqnal ola bilər.
- Psixi, nevroloji problemlərdə də dildə və ağızda acı tam, acı ərp ola bilir.
- Stress, həyəcan, təşviş öd kisəsinin tonusunu artırır, öd yollarına və mədəyə normadan çox öd sıçramasına səbəb olur.
- Öd kisəsi daşları, xolesistit, diskineziya, öd yolları iltihabı ağızda metal dad verir. Bu problemlərdə həzm pozğunluğu, sağ tərəfdə ağrı da qoşulur.
- Bağırsaqlarda, orqanizmdə qurd, parazit invaziyaları olduqda ağızda acılıq hissi verir. Bu zaman xəstədə köp, qarında ağrı, qaşınma, ağızdan pis qoxu əlamətləri də ola bilər.
- Endokrin səbəblər-qalxanvari vəzinin hormonal disfunksiyası öd yollarının spazmına səbəb olub, qida borusuna öd düşməsinə gətirib çıxarır. Həmçinin şəkərli diabetdə ağızda quruluq, acı tam müşahidə olunur.