4 yaşlı Ülkərin köməyə ehtiyacı var:
4 yaşlı Ülkərin köməyə ehtiyacı var:

"Ülkər anadangəlmə qaraciyərindəki problemdən əziyyət çəkir. 4 ildə lazım olan və olmayan bütün müayinələrdən, analizlərdən keçib, lakin xəstəliyin səbəbi tapılmır". 

Bu barədə E-saglam.az-a onun yaxınları məlumat verib: 

"Son ümid kimi həkimlər qaraciyər köçürülməsini tövsiyə edir. Lakin yaşı az olduğundan ölkəmizdəki transplantasiya mütəxəssisləri uşağın yaşamasına qarantiya verməyiblər. Ancaq Türkiyədə əməliyyatın mümkün olduğunu bildiriblər və Ülkər üçün həkim, klinika tapıblar. Hətta əməliyyat üçün endirim də ala biliblər. Əməliyyat üçün 50.000 dollar tələb olunur. Lakin ailə illərdir, uşağın müalicəsi üçün bütün imkanlarını sərf edib deyə, həmin məbləği ödəməyə gücü çatmır. Yaxınların köməyi ilə 9.000 dollara yaxın vəsait toplanıb. Qalan hissəni tamamlamaqda yardımsevər şəxslərin köməyinə ehtiyac var. Lütfən bir ananın çırpıntılarına biganə qalmayın".

Qeyd edək ki, uşağa öz anası donor olacaq.

Ananın kart nömrəsi: 4169 7388 3949 9625

E-saglam.az