861 baxış 16.09.2021

Uşaqlarına telefon verən valideynlərə pis xəbər: Bu xəstəliklər qaçılmazdır - VİDEO

Video Haqqında

E-saglam.az xəbər verir ki, tanınmış pediatr Günay Rəsulova bununla bağlı həyəcan təbili çalışıb. Onun sözlərinə görə, görmə və danışıq qabiliyyətinin inkişaf etməsi üçün 0-2 yaş arası uşağın əqli inkişafı çox əhəmiyyətlidir. 2 yaşına qədər uşaqlar valideynləri ilə daha çox ünsiyyətdə olmalıdırlar.

2 yaşdan çox uşaqlar isə ən çox 20 dəqiqə televizor izləyə bilər. Əks halda uşaqlarda görmə problemi yarana bilər.

Pediatr valideynlərə də müraciət edib. O bildirib ki, uşaqların telefonlarda nəyə baxdığı və hansı oyunları izlədiyinə də diqqət yetirmək lazımdır. Əks halda bu intiharlara və cinayətə gətirib çıxara bilər.