Belə ki, hicablı qadın əri ilə dermotoloq yanına gəlib. Həkim onu müayinə etmək üçün bədəninin müəyyən hissələrinə (qoluna, ayağına, qarnına) baxmalı olduğunu deyib. Qadın isə bunun mümkün olmadığını bildirib.
Bir qədər sonra xəstənin əri həkimin yanına gəlib. “Deməli sən qadınların qarnına baxmağı xoşlayırsan?” deyib, həkimə yumruqla zərbələr endirib. Nəticədə həkim kəllə-beyin travması alıb.
Bildirilir ki, hicablı qadın özü də yerli poliklinikada tibb bacısı işləyir. O, müayinə zamanı tələb olunan sadə prosedurlar haqda xəbərdardır.
Faktla bağlı araşdırma başlanıb./oxu.az/