7 baxış 30.11.2021

Koronavirusla bağlı XƏBƏRDARLIQ: Yeni ana olanlar diqqətli olmalıdır - VİDEO

Video Haqqında

E-saglam.az bildirir ki, bu barədə “Xəzər Xəbər”ə danışan Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova deyib.

T.Həsənova qeyd edib ki, koronavirusun ilk yarandığı vaxtlarda dölə göstərdiyi təsirlə indiki vaxtda göstərdiyi təsir eyni deyil. Onun sözlərinə görə, əvvəllər demək olar ki, yeni doğulmuşlar arasında virusa yoluxma yox dərəcəsində idi. Yeni ştammların yoluxuculuq qabiliyyəti yüksək olduğuna görə uşaqlarda virusa yoluxma riskini artırır.

O, yeni ana olan qadınları uşaqlara qida verərkən diqqətli olmağa çağırıb.

Həkim əlavə edib ki, hazırda yeni doğulan uşaqlarda koronavirusa yoluxma halları kütləvi xarakter daşımır.