Video tapılmadı

392 baxış 21.04.2021

Övladı tərbiyə etmək məqsədi ilə döymək olarmı? - Psixoloq danışır

Video Haqqında

Məsələ ilə bağlı "E-saglam.az"-a danışan psixoloq Narınc Rüstəmova deyir ki, uşaqların tərbiyəsində ən effektli üsul cəza üsuludur: “Lakin cəza deyərkən burda döyməkdən söhbət getmir. Belə ki, uşağı səhvinə görüb kobud söz demək, təhqir etmək, döymək əvəzinə onu müvəqqəti olaraq sevdiyi şeydən məhrum etməklə cəzalandırmaq və səhvini izah etmək daha yaxşıdır. Uşağı yarım gün, yaxud da bir gün televizora baxmaqdan məhrum etmək onun üçün yetərli cəzadır. Bura həyətə düşməyi, yaxud oyun oynamağı da aid etmək olar. Lakin bu cəzanın müddəti, valideynin özünün qoyduğu cəzaya qarşı tələbkar davranışı da mühümdür. Uşaq ağlayıb televizora baxmaq istəyəndə cəzanı ləğv etmək artıq uşaqda valideynə qarşı qeyri-ciddi münasibət formalaşdırır. Yaxud da uşağın ağlamağını, dayanmadan televizora baxmağı tələb etməsini, hətta bəzi hallarda valideyni vurmağa çalışmasının qarşısını almaq üçün onu döymək düzgün çıxış yolu deyil”.

Könül Oruc