Xəbərlər
Yaponiyada güclü zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB +
Xəbərlər
198

Yaponiyada güclü zəlzələdə ölənlərin sayı artıb - YENİLƏNİB + FOTO/VİDEO

Yaponiyada ikinci gündür davam edən güclü zəlzələlər nəticəsində azı 48 nəfər ölüb.

E-saglam.az bu barədə İşikava prefekturasının rəsmiləri məlumat veriblər.

Son məlumatlara görə, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zəlzələnin nəticələri ilə əlaqədar İşikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.

Rəsmi məlumata görə, 120-yə yaxın ərazidə özbaşına təxliyə oluna bilməyən insanlar xilasedicilərin gəlişini gözləyirlər. Sosial şəbəkələrdə bununla bağlı kadrlar da yayılıb.

Həmçinin, ölkədə zəlzələyə görə fəaliyyəti dayandırılan sürət qatarlarının hərəkəti bərpa edilib.

09:58

Yaponiyada baş verən silsilə zəlzələlərdə ölənlərin sayı 30-a çatıb.

Prefekturadan bildirilib ki, ən ağır vəziyyət davam edən zəlzələlərin episentrinin yaxınlığında olan İşikavadadır. Orada azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 200-dən çox evdə yanğın baş verib, 100-dən çox yaşayış binası uçub, ən azı 17 evin dağıntıları altında qalanlar var.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər fasiləsiz işləyirlər. Faciənin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Yaponiyanın özünümüdafiə qüvvələrinin bölmələri də bölgəyə cəlb olunub.

Xatırladaq ki, yanvarın 1-də Yaponiyanın qərbində 7,6 bala çatan güclü zəlzələlər baş verib, yeraltı təkanlar Osaka və Kiotoda hiss edilib. Təbii fəlakət 1885-ci ildə müşahidələr başlayandan bəri regionda baş verən ən güclü zəlzələ hesab edilib.

 

Mənbə: Kyodo

Tərcümə: oxu.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun