Faydalı
Xolesterolu nəzarətdə saxlayır, metabolizmanı sürətləndirir -
Faydalı
1200

Xolesterolu nəzarətdə saxlayır, metabolizmanı sürətləndirir - Səhərlər yeyin

Səhər yeməyi sağlam həyat tərzi üçün vacibdir və metabolizmanı sürətləndirərək günə enerji ilə başlamağa kömək edir.

E-saglam.az xəbər verir ki, fıstıq əzməsi tərkibindəki sağlam yağlar və protein sayəsində uzun müddət toxluq hissi yaradır, xolesterolu tarazlaşdırmağa kömək edərək ürək-damar sağlamlığını dəstəkləyir.

E və B vitaminləri baxımından zəngin olan bu qida hüceyrə qocalmasını gecikdirir və immunitet sistemini gücləndirir. Tərkibindəki pəhriz lifləri həzmi yaxşılaşdırır və bağırsaq sağlamlığını qoruyur.

Fıstıq yağı şəkərsiz və qatqısız seçildikdə daha faydalı olur. Omletlərə, yulaf əzməsinə və meyvə kokteyllərinə əlavə edilərək qidalanmanı daha balanslı hala gətirir.

Kərə yağı və marqarin əvəzinə istifadə edilə bilər, çünki həm dadlıdır, həm də sağlam seçimdir.

Təbii fıstıq yağı bədəndə yağ yandırılmasını sürətləndirərək arıqlamağa dəstək ola bilər. Səhər yeməyində bu qidanı düzgün şəkildə istehlak etməklə həm enerji səviyyənizi artırmaq, həm də sağlam həyat tərzinə töhfə vermək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun