Faydalı
Xalq arasında "Meyvələrin Kralı" kimi tanınır:
Faydalı
1784

Xalq arasında "Meyvələrin Kralı" kimi tanınır: 1 aylıq dəmir ehtiyacını 1 günə qarşılayır

Vətəni Cənub-Şərqi Asiya olan durian meyvəsi özünəməxsus dadı və faydaları ilə tanınır. Son zamanlar Türkiyədə də populyarlaşan bu meyvə Malayziya, İndoneziya, Tayland və Filippində geniş yayılıb.

E-saglam.az xəbər verir ki, durian iri və tikanlı qabığa malikdir. Qalın və sərt qabığını açmaq çətindir, içərisində isə kremli, sarımtıl, lifli teksturaya malik yumşaq meyvə əti var. Dadı şirin, duzlu və bir az acıdır.

Təbii yuxu həbi hesab edilən durian meyvəsində triptofan adlı amin turşusu var ki, bu da melatonin və serotoninin ifrazını dəstəkləyir. Manqanla zəngin olduğu üçün güclü antioksidant təsir göstərir və qırmızı qan hüceyrələrinin istehsalını dəstəkləyir.

Durian sümük və əzələ quruluşunu gücləndirir, qan təzyiqini tənzimləməyə kömək edir və immuniteti gücləndirir. Fol turşusu ilə zəngin olduğu üçün motor funksiyalarını yaxşılaşdırmağa kömək edir.

Tərkibindəki B vitamin kompleksi, mis və kalium hüceyrələrin sağlamlığı üçün vacibdir. Qədim dövrlərdə qabığı qaynadılaraq yaraları təmizləmək üçün istifadə edilirdi.

Durian meyvəsi hüceyrələrin yenilənməsini təmin edərək dərinin parlaqlığını artırır və artıq kosmetik məhsullarda da istifadə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun