Kulinariya
Mütəxəssislər qril bişirmək üçün
Kulinariya
353

Mütəxəssislər qril bişirmək üçün ən yaxşı balıq növlərini açıqlayıblar

Rusiya Balıq İttifaqının mütəxəssisləri açıq atəşdə, eləcə də folqa ilə bişirməyə ən uyğun olan balıq növlərini müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, qril üçün yağlı balıqlardan, məsələn, Atlantik somon bifteklərindən istifadə etmək daha yaxşıdır. Bununla belə, ətin şirəliliyini qorumaq üçün çəhrayı qızılbalıq, xum somonu və koho qızılbalığı da daxil olmaqla daha yumşaq növlərin folqa içərisində bişirilməsi tövsiyə olunur.

Tuna balığına gəldikdə, biftek hər tərəfdən yalnız iki dəqiqə qızardılır. Əsas odur ki, ətin içərisində çəhrayı qalması üçün onu çox bişirməyin.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, halibut, alabalıq, skumbriya və nərə balığı steykləri, azca bitki yağı ilə yağlanmış qril üçün əla seçimdir. Dorado və ya levrek parçalarını otlar və ədviyyatlarla birlikdə folqa içində bişirmək daha yaxşıdır.

Balıqdan əlavə, böyük karides, tarak və hətta xərçəng ayaqları kimi dəniz məhsulları qrildə yaxşı çıxır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun