Xəstəliklər
Mədə "qıcqırması"nın ardındakı
Xəstəliklər
450

Mədə "qıcqırması"nın ardındakı gizli xəstəlik

Əhali arasında qıcqırma kimi tanınan mədə turşusu problemi bir çox insan üçün adi narahatlıq kimi qəbul edilsə də, həkimlər bu simptomun arxasında daha ciddi xəstəliklərin gizlənə biləcəyini bildirirlər.

E-saglam.az xəbər verir ki, qastroenteroloqlar xəbərdarlıq edirlər ki, davamlı şəkildə mədə turşusunun qida borusuna keçməsi, uzunmüddətli müalicə olunmadıqda, qida borusu xərçənginə qədər gedib çıxa bilər.

Həkimlər bildirir ki, stress, siqaret, düzənsiz qidalanma və artıq çəki bu problemin əsas səbəblərindəndir.

İnsanlar çox zaman mədə yanmasını ara-sıra baş verən hal kimi görür. Amma bu vəziyyət həftədə bir neçə dəfə təkrarlanırsa və xüsusilə gecələr artırsa, artıq reflüks və ya başqa mədə-bağırsaq problemlərindən şübhələnmək lazımdır.

Ən diqqətçəkən fakt isə budur ki, bu problem təkcə yaşlılarda deyil, gənclər arasında da sürətlə yayılır. Səhv qidalanma vərdişləri, tez-tez fast food istehlakı və oturaq həyat tərzi mədə turşusunun gənclər arasında yayılmasına səbəb olur.

Mütəxəssislər xəbərdarlıq edirlər: vaxtında diaqnoz və müalicə vacibdir. Əks halda, sadə bir “qıcqırma” illər sonra xərçəngə çevrilə bilər.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun