Tibbi xəbərlər
Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsində trans yağların əsas amil olması təsdiqlənib
Tibbi xəbərlər
970

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsində trans yağların əsas amil olması təsdiqlənib

Bədxassəli şişlərin əmələ gəlməsində trans yağlar əsas amildir və bu, təsdiq olunub.

E-saglam.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, bədxassəli şişlərin əmələ gəlməsində tək qidaların istehsalı yox, emalı da böyük əhəmiyyət daşıyır:

"Sağlam qida istehsal olunsa da, o düzgün emal edilmirsə insan orqanizmi üçün son dərəcə təhlükəli hala çevrilir. Konservləşdirilmiş qidalar, hisə verilmiş ət və balıq, həddən çox heyvani piylər bədxassəli şişlərin əmələ gəlməsində əsas səbəb kimi elmi tədqiqat baxımından təsdiq olunub və bu, inkar edilə bilməz”.

Ə.Əmiraslanov əlavə edib ki, insan sayının artmasına görə GMO məhsullarının qida məhsullarının tərkibində olması qaçılmazdır: “Sadəcə bu məsələyə nəzarət güclü olmalıdır”.

© Report

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun