Faydalı
Hər səhər limonlu su içdikdə nə olur?
Faydalı
1462

Hər səhər limonlu su içdikdə nə olur?

Səhər oyanan kimi azca limon sıxılmış ilıq təmiz su içmək faydalıdır. Orqanizm gecə də işləyir və qaraciyər bir çox energetik prosesləri tənzimləyir. Səhərə bədən susuzlaşır, faydalı maddələr azalır. Ona görə səhər tezdən orqanizmə su və mineral vermək lazımdır.

E-saglam.az səhərlər limonlu suyun faydalarını təqdim edir:

1. İmmun sistemi gücləndirir

Limonda C vitamini çoxdur. Yarım limonun suyu sutkalıq C vitamini dozasının 30%-ni verir. Bu vitamin isə ürək damar xəstəlikləri,qan laxtalanmasına qarşıdır. İmmunitet vitaminidir.

2. Günə başlamaq üçün mineral enerjisi verir

Limonda kaliy və B 6 vitamini də var. Kaliy bədəndə su maye mübadiləsini tənzimləyir, sinir hüceyrələnin əzələyə impuls ötürməsinə yardım edir. Qan təzyiqini normallaşdırır. Ona görə səhər limonlu su əzələləri aktivləşdirir, ödemi, şişi götürür, təzyiqi salır.

3. Mikrobları yuyur

Səhərlər ağızdan pis qoxu gəlməsi milyonlarla bakteriya deməkdir. Gecə yuxuda onlar çoxalır.

SƏhər ağız boşluğuna birinci limonlu su keçməsi, mikrobları öldürür.

4. Ödü aktivləşdirir

Həzmin əsas dostu normada ifraz olunan öddür. Onu stimulə etmək üçün turş maddə lazımdır. Ona görə limonlu su öd kisəsini aktivləşdirir, ödü təmizləyir, mədəni, bağırsağı hazırlayır. Qəbizliyə qarşıdır.

5. Böyrəkləri təmizləyir

Lİmonlu su sidikqovucudur, gecədən böyrəklər işləyir, sidik yollarına çöküntü toplanır. Ona görə səhər tezdən yollarda qalan olan-qalan çöküntünü yumaq üçün limonlu su içmək mütləqdir./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun